Qardaş qardaşın boğazını kəsdi

Qardaş qardaşın boğazını kəsdi

Ayın 14-də Bakı şəhər Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. SİA-nın əldə etdiyi məlumatlara əsəasən, iki qardaş və bir bibioğlu Hacıqabul rayonuna gedirlərmiş. Onlar su almaq məqsədi ilə yuxarıda adı çəkilən ərazidə maşından düşüblər və şəxsi münaqişə zəminində iki qardaş arasında hadisə baş verib. Belə ki, bir qardaş o biri qardaşın başını kəsməyə cəhd edib.

Hadisə şahidlərinin məlumatına əsasən, qardaşlardan birinin boğazı kəsilib. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, cinayəti törədən şəxs psixi xəstə olub.

Hadisənin təfsilatı barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən heç bir məlumat ala bilmədik.


Bütün xəbərlər Facebook səhifəmizdə