Ana qızının gözü qabağında can verdi

Ana qızının gözü qabağında can verdi

Abşeronda dəhşətli yol qəzası baş verib. Daxili İşlər Nazirliyini mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Şəmkir rayon sakini Lalə Hüseynova \"Mercedes-230\" markalı avtomaşını idarə edərkən qəsəbə sakinləri Mədinə Təhməzovanı, Ruhiyyə Təhməzovanı və onlarla birlikdə olan 3 azyaşlı uşağı vurub.

Nəticədə M.Təhməzova hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə