Şüvəlanda batan 22 yaşlı gəncin cəsədi sudan çıxarılıb

Şüvəlanda batan 22 yaşlı gəncin cəsədi sudan çıxarılıb

Şüvəlanda batan 22 yaşlı gəncin cəsədi sudan çıxarılıb. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Belə ki, Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin sahilində batmış 1989-cu il təvəllüdlü Aslanov Nail Varşa oğlunun axtarışları başa çatdırılıb.

Qeyd edilən şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə