Kabel yerinə neft borusunu zədələdilər

Kabel yerinə neft borusunu zədələdilər

Rusiyanın Ryazan vilayətində neft məhsullarının sızması baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Maryino kəndi ərazisindən keçən \"Transneft\" şirkətinə məxsus boru zədələnib. İlkin hesablamalara görə, nəticədə ətrafa təxminən 100 tondan çox yanacaq sızıb.

Araşdırmalar nəticəsində müəyyən olub ki, borunun zədələnməsi həmin ərazidə kabelin çəkilməsi zamanı baş verib. Hazırda hadisə yerində müvafiq işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə