Minik maşını traktorla toqquşub, 3 nəfər ölüb

Minik maşını traktorla toqquşub, 3 nəfər ölüb

Ucarda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayonunun Qazıqumlaq kəndi ərazisində Bərdə rayon sakini Şaiq Şükürzadə \"Daewoo Espero\" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Ağdaş rayon sakini Heydər Əliyevin idarə etdiyi \"T-40\" markalı traktorun qoşqusuna vurub.

Nəticədə Ş.Şükürzadənin sərnişinləri Rəhim Quliyev və Mikayıl Kazımov hadisə yerində ölüb. Ağıq xəsarət alan sürücü və digər sərnişini Qorxmaz Nəcəfov isə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq \"Daewoo Espero\" sürücüsü Ş.Şükürzadənin də həyatını xilas etmək mümkün olmayıb.

Hazırda DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə