Ermənistanda rus hərbçisi həlak olub

Ermənistanda rus hərbçisi həlak olub

Ermənistanda rus hərbçisi həlak olub. SİA-nın erməni saytına istinadən verdiyi məlumata görə, hadisə hərbi təlimlər zamanı baş verib.

Saratov vilayətindən hərbi xidmətə çağırılan Qələmcan Aybekirov hərbi təlimlər zamanı yüksəklikdən düşərkən müqavimətini saxlaya bilməyib və yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq əsgərin həyatını xilas etmək mümkün olmayıb. Belə ki, əsgər boynunun sınması nəticəsində dünyasını dəyişib. Lakin mərhumun valideynləri bu deyilənlərlə razılaşmır.

Qeyd edək ki, əsgər Q. Aybekirov 1992-ci ildə Şimali Asetiyanın Alaniya şəhərində anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə