Ucar rayonu, Qazıqumlaq kəndində (rayon mərkəzindən 15 km aralı) \"Audi\" markalı minik avtomobili və \"Belorus\" markalı traktor toqquşub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan xəbərə əsasən nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Minik avtomobilində olan sərnişinlər - Quliyev Rəhim İsmayıl oğlu və Kazımov Mikayıl Yaqub oğlu həlak olub, sürücü və 1 sərnişin isə yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunub xilasedicilər R.Quliyevin və M.Kazımovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB