Şirvanda növbəti yol qəzası baş verib - FOTO

Şirvanda növbəti yol qəzası baş verib - FOTO

Ötən gün Şirvanda növbəti dəfə avtomobil qəzası qeydə alınıb. SİA-nın Aran bürosunun məlumatına görə, günün ikinci yarısı, təxminən saat 16:30 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində 2 avtomobiln toqquşması nəticəsində xəsarət alanlarda olub.

Belə ki, sürücü Rzayev Dilqəm Məhəmməd oğlu idarə etdiyi "Volqa" markalı 52 BF 349 nömrə nişanlı avtomobillə, sürücü Əliyev Anar Əlifağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı 50 BN 461 nömrə nişanlı avtomobil şəhərin H. Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsində toqquşub. Nəticədə "Volqa"da olan sərnişin Baxşəliyeva Qönçə Cəmil qızı və "VAZ 2106"nın sürücüsü xəsarət alaraq xəstəxanaya aparılıblar.

Həkim Tofiq Hüseynovun sözlərinə görə Qönçə Baxşəliyeva əzilmiş, cırılmış yarası və bel nahiyəsinin əzilməsi, digər avtomobilin sürücüsü Anar Əliyev isə sol dirsəyin sıyrılmış, əzilmiş yarası diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdiriliblər.

Məlumat üçün qeyd edək ki, Şirvanda hər gün oxşar hadisənin baş verməsi adi hal alıb. Nəqliyyat vasitələrinin qanuni hərəkət etməsinin tənzimlənməsi aşağı səviyyədə təşkil olunur. Odur ki, hər gün avtomobil qəzalar qeydə alınır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə