Şirvan şəhərində 3 avtomobillin toqquşması nəticəsində hərəkət iflic vəziyyətinə düşüb

Şirvan şəhərində 3 avtomobillin toqquşması nəticəsində hərəkət iflic vəziyyətinə düşüb

Dünən axşam saat 21:30 radələrində Şirvan şəhərində 3 avtomobillin toqquşması nəticəsində hərəkət iflic vəziyyətinə düşüb. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən Şirvan şəhər DYP bölməsinin inispektoru Elşən Davudov bildirib ki, Z. Tağıyev qəsəbəsindən sürücü Dadaşov İmadi Hüseyn oğlu idarə etdiyi VAZ 2107 markalı 90 BK 108 dövlət qeydiyyat nişanlı avtomabillə Heydər Əliyev prospektinə çıxarkən hərəkətdə olan sürücü Abdullayev Vüsal Qəribxan oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 LE 313 dövlət qeydiyyat nişan nömrəli avtomobili vurub.

Nəticədə sonuncu idarə etməni itirərək digər 3-cü VAZ 2107 markalı 90 CT 312 nömrəli avtomabilə dəyib yoldan bardurun üstündə keçirərək ağaclığa salıb. Nəticədə hər 3 maşın ciddi zədə alsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.



İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə