Rusiyanın Volqoqrad vilayətində meşə yanğını baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 162 ha çöllük sahəni əhatə edən alov meşə zolağına keçib. Hazırda yanğının ümumi sahəsi, təxminən, 850 ha təşkil edir.
Yaşayış məntəqələri üçün təhlükənin olmadığı qeyd edilir. Yanğınla mübarizəyə 420 nəfər canlı qüvvə, 96 ədəd texnika cəlb edilib. Hazırda ərazidə müvafiq iş aparılır. Yanğının başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB