Mobil telefon oğruları saxlanılıb

Mobil telefon oğruları saxlanılıb

Avqustun 7-si saat 20 radələrində S.Qocayev küçəsində yerləşən ticarət mərkəzindən Hüseyn Məmmədovun 15 manat pulunu və danışmaq adı ilə mobil telefonunu alaraq qaytarmamaqla dələduzluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Vəzirov avqustun 11-də Sabunçu Rayon Polis İdarəsinin13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, ondan 0,190 qram heroin aşkar olunaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, avqustun 5-də B.Səfəroğlu küçəsi 87-nin qarşısında Bakı şəhər sakini Ceyhun Manafova bıçaqla hədə-qorxu gəlib mobil telefonunu almış Vüqar Məmmədov avqustun 11-də Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə