Avqustun 10-u saat 01:50 radələrində R.Rüstəmov küçəsi 32-nin qarşısında Bakı şəhər sakini Zaur Zeynalov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya daxil olub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən İlham Allahverdiyev avqustun 11-də Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB