Heyvan “sevgisi” keçmiş məhbusu yenidən həbsxanaya salıb

Heyvan “sevgisi” keçmiş məhbusu yenidən həbsxanaya salıb

Avqustun 4-nə keçən gecə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Sabit Orucovun həyətindən 1 baş iribuynuzlu heyvan oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin PPXB və 2-ci Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində iribuynuzlu heyvanı oğurlayan Binə qəsəbə sakini əvvəllər məhkum olunmuş Asif Ağayev avqustun 5-də yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, o, iyun və iyul aylarında Türkan qəsəbəsi Üzümçülük sovxozunun və Hövsan südçülük sovxozunun ərazilərində yaşayan Elbrus Əsədovun, Namiq Məmmədovun, Ziyat Fətullayevin, Mahirə Şıxıyevanın, Vasif Məmmədovun, Sona Əliyevanın, İnqilab Şirinovanın, Xasay Əsədovun, Əlövsət Əliyevin həyətindəki tövlələrin hər birindən 1 baş, İlqar Bayramovun tövləsindən 3 baş, Bəyəli Qurbanəliyevin tövləsindən isə 2 baş iribuynuzlu heyvan oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə