Neft buruqlarından xam nefti oğurlayan Balaxanı sakini həbs olunub

Neft buruqlarından xam nefti oğurlayan Balaxanı sakini həbs olunub
Avqustun 6-sı saat 23 radələrində Balaxanı qəsəbə sakini Telman Məlikov özünə məxsus "Kamaz" markalı yük maşını ilə Ramanı qəsəbəsi ərazisində yerləşən Balaxanı NQÇİ-nin 1saylı Neft buruqlarının saxlanc quyusundan 5 - 6 ton xam nefti oğurlayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, T. Məlikov Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən tutularaq ərazi üzrə 12-ci Polis Bölməsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə