Hacıqabulda “Azpetrol”da baş verən partlayışın səbəbi məlum oldu - SON XƏBƏR

Hacıqabulda “Azpetrol”da baş verən partlayışın səbəbi məlum oldu - SON XƏBƏR

Hacıqabul rayonun Padar kəndi ərazisində "Azpetrol" yanacaqdoldurma məntəqəsində partlayış baş verib. SİA-nın hadisə yerində olan bölgə müxbirinin verdiyi xəbərə görə, partlayış nəticəsində 2 yük avtomobili, 1 sərnişin avtobusu, yanacaqdoldurma məntəqəsinə məxsus 2 yük maşını, fərdi şəxslərə aid 3 minik avtomobili, ümumilikdə isə 8 avtomobil yanıb. Hadisə zamanı 2 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisə yerinə FHN-in 2 vertolyotu və canlı qüvvəsi cəlb olunub. Rayonun icra başçısı, prokuroru , polis rəisi digər rəsmi şəxslər hadisə yerindədirlər.

Yanacaqdoldurma məntəqəsindəki hadisəyə səbəb isə yoldan keçən maye qaz daşıyan avtomobilin partlaması olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da artıq hadisə yerindədir.


İQBAL

Bütün xəbərlər Facebook səhifəmizdə