Daşkəsən rayonunda nişan mərasimində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Təxminən 50-dən artıq insan zəhərlənib. Onlardan 27 nəfəri Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb. Bu şəxslərdən 12-si azyaşlı, 11-i qadın, 4-ü isə kişidir. Xəstəxanadan SİA-ya bildirilib ki, Bayan kəndində qeydə alınan hadisə zamanı zəhərlənən xəstələrin vəziyyəti normaldır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB