Paytaxtda yol qəzalarında 2 nəfər dünyasını dəyişib

Paytaxtda yol qəzalarında 2 nəfər dünyasını dəyişib

Avqustun 7-si saat 04 radələrində A.Ələsgərov küçəsi döngə 6-nın qarşısında Eliyar Əsgərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolun kənarında dayanmış Müzəffər Nəcəfova məxsus "Ford Carko" markalı avtomobili arxadan vurub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə nəticədə "VAZ-2107" markalı avtomobilin sərnişini Bəhruz Alıyev hadisə yerində ölüb.

Digər bir yol qəzası avqustun 7-si saat 23:20 radələrində Badamdar yolunda baş verib. Bakı şəhər sakini Seymur Həsənov idarə etdiyi "Land Rover" markalı avtomobillə Bakı şəhər sakini İlkin Tağıyevi vurmuş, sonuncu hadisə yerində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə