Bu gün səhər saat 07:30 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 138-ci kilometrliyində baş verib. Sumqayıt sakini sürücü Quliyev Tapdıq Məlik oğlunun idarə etdiyi "Mercedes" markalı 10 MZ 775 dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətinə hərəkət edərkən yoldan çıxaraq aşıb. Nəticədə maşında olan 4 nəfər yerindəcə, 1 nəfər isə Şirvan xəstəxanasında dünyasını dəyişib. Ölənlər bir ailənin üzvü və yaxın dostları olub. Bunlar Abdullayev Mübariz və həyat yoldaşı Firəngiz, həmçinin oğlanları Təbriz olub. Digərinin isə adı Ehtiramdır. Qohumlarının sözlərinə görə, ailə üzvləri hərbi xidmətə yenicə yollanmış əsgər övladlarının andiçmə mərasimindən qayıdırlarmış. Sürücü əslən Tovuzlu olsa da Sumqayıtda yaşayırmış. Sərnişinlər isə Laçınlı olduqları halda Sumqayıtda məskunlaşıblar. Sürücü BDYP-də yüksək vəzifə daşıyan şəxsin qohumudur. Ona görə də BDYP-nin istintaq bölməsinin müstəntiqi Mahmud Maqsudov hadisə barədə məlumat verməkdən imtina edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB