Aviaqəza nəticəsində 10 nəfər yanaraq can verib

Aviaqəza nəticəsində 10 nəfər yanaraq can verib

İndoneziyanın şərqində, Şimali Sulavesi vilayətində aviaqəza baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Yemen Air" aviaşirkətinə məxsus "Bell 412" markalı vertolyot dağlıq ərazidə yerə çırpılaraq alışıb. Hadisə yerində aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində 10 nəfərin tamamilə yanaraq külə dönən cəsədi aşkarlanıb.

Vertolyotun Manando şəhərinin hava limanından havaya qalxdıqdan bir qədər sonra radarlardan itdiyi bildirilir. İlkin ehtimala görə, qəzaya dumanlı və küləkli hava şəraiti səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə