Kuril adalarında zəlzələ baş verib

Kuril adalarında zəlzələ baş verib

Rusiyanın Kuril adalarında zəlzələ baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,3 bal təşkil edib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 542 km cənub-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.

Eyni zamanda İndoneziyanın Sumatra adasının qərb hissəsində də zəlzələ baş verib. İndoneziyanın Milli Meteoroloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 6,0 bal təşkil edib. Zəlzələnin episentri Benkulu vilayətində, Mukomuko şəhərindən 37 km cənub-şərqdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir

Bütün xəbərlər Facebook səhifəmizdə