Yaşayış binası uçub, 18 nəfər ölüb

Yaşayış binası uçub, 18 nəfər ölüb

Çinin Tzyansi vilayətinin Cansau yaşayış məntəqəsində tikililərdən biri dağılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 10 nəfər ölüb. İlkin ehtimala görə, qəzaya tikilinin köhnə olması səbəb olub.

Anoloji hadisə Pakistanın Kəraçi şəhərində də baş verib. Belə ki, beşmərtəbəli yaşayış binasının uçması, azı 8 nəfərin ölümünə və 70 nəfərin yaralanmasına səbəb olub. Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxslərin axtarışını aparır. İlkin ehtimala görə, uçquna binanın inşasında istifadə edilən tikinti materiallarının müəyyən olunmuş normalara cavab verməməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə