Kömür mədənində yanğın baş verib

Kömür mədənində yanğın baş verib

Ukraynanın Luqansk vilayətində fəaliyyət göstərən "Krasnokutskaya" kömür mədənində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı mədəndə azı 250 şaxtaçının olduğu bildirilir.

Onlardan 26-sı müxtəlif xəsarətlər alıb. İlkin ehtimala görə, yanğına metan qazının alışması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə