Saatlıda növbəti narkotik əməliyyatı - FOTO

Saatlıda növbəti narkotik əməliyyatı - FOTO

Saatlıda polis yenə də külli miqdarda narkotik vasitə olan çətənə kolu aşkar edərək götürüb. SİA-nın Aran bürosuna məlumat verən Saatlı Polis Şöbəsinin müstəntiqi Ərşad Süleymanov bildirib ki, 04.08.2011-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində Şirinbəy kənd sakini 1967-ci il təvəllüdlü Muradov Arif Təzəxan oğlu kollektorun içərisində 35 ədəd çətənə kolu əkərək becərirmiş.

Bunlardan 4-ü dibçəkdə əkilib. Muradov Arif çətənə kollarının ona məxsus olduğunu ilkin ifadəsində təsdiq edib. Bu gün 05.05.2011-ci il tarixdə Saatlı polisi növbəti əməliyyat keçirib. Rayonun Yeni Novruzlu kənd sakini 1982-ci il təvəllüdlü Zeynalov Fərid Yaqub oğlunun yaşadığı həyətyanı sahədən qarğıdalı bitkilərinin arasında əkilmiş 4 ədəd yaşıl, 22 ədəd isə qurudulmuş çətənə kolları aşkar edilərək götürülüb. Bununlada Saatlıda aşkar olunaraq götürülən çətənə kolunun çəkisi 6 tona yaxınlaşıb. Qeyd olunan faktlarla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə