Oyuncaq tapança ilə 10 min manat qarət etdilər

Oyuncaq tapança ilə 10 min manat qarət etdilər

Qızıl mağazasının sahibinə silahlı hücum olub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, basqın Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində qeydə alınıb. Belə ki, \"VAZ-2106\" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynova hücum ediblər. Həmin şəxslər qızıl mağazasının sahibinin idarə etdiyi \"VAZ-2106\" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıblar. Soyğunçular hadisə yerindən getdikdən sonra Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, onu tərk ediblər.

Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulmuş, onlardan silah qisimində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə