Saatlı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib

Saatlı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib

Saatlı polisi son 3 gündə 5 ton 533 kiloqram 810 qram narkotik vasitə olan çətənə kolunu müsadirə edərək dövriyyədən çıxarıb. SİA-nın Aran bürosuna Saatlı Polis Şöbəsindən verilən məlumata əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Saatlı şəhər sakini Hacıyev Əli Ağaverdi oğlunun həyətyanı sahəsindən 16 ədəd ümumi çəkisi 5 kiloqram 310 qram olan çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa Qıraqlı kənd sakinləri 2 qardaş Cahangirov Məcnun Fərrux oğlunun həyətindən 4 ədəd, çəkisi 2 kiloqram 715 qram, digər qardaşın həyətindən isə 2 ədəd çəkisi 1 kiloqram 285 qram olan çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərini davam etdirərək polis Molday kəndinin çöl pay torpaqlarında Qobu adlanan ərazidə uzunluğu 600 metr eni 150 metr olan sahədə yabanı halda bitmiş 376 ədəd çəkisi 2720 kiloqram olan yaş çətənə kolları aşkar olunaraq məhv edilib. Qeyd olunan faktlar barəsində polis şöbəsində araşdırmalar aparılır və tədbirlər davam olunacaq.

Məlumat üçün bildiririk ki, Saatlı rayon polis şöbəsinə Daxili İşlər Naziri Ramil Usubovun müvafiq sərəncamına əsasən Cəbrayıl Vəliyev rəis vəzifəsinə təyin olunub və bu tədbirlər ciddi şəkildə narahat doğurduğu üşün lazımınca həyata keçirilir.

İqbal Mikayılov, SİA-nın Aran bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə