Tailandda torpaq sürüşməsi baş verib

Tailandda torpaq sürüşməsi baş verib

Son günlər aramsız yağan yağışlar Tailandın şimal və şimal-şərq hissəsində torpaq sürüşməsinə səbəb olub. SİA-nın \"İnterfaks\" agentliyinə istinadən verdiyi məlumata görə, Mexonqson vilayətində 3 nəfər ölüb. Daha 4 nəfər itkin düşmüş hesab edilir. Hazırda həmin şəxslərin axtarışları aparılır.

Mütəxəssislər daha 5 vilayətin ərazisində subasma və torpaq sürüşməsi ehtimalının yüksək olması barədə xəbərdarlıq edib. Yaranmış vəziyyətlə əlaqədar həmin vilayətlərdə əhali yaşayış yerlərini tərk edir. Təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocaqlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, ölkənin şimalında və şimal-şərq hissəsində qatarların hərəkəti təxirə salınıb. Sinoptiklər yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə