Yunanıstanda meşə yanğını baş verib

Yunanıstanda meşə yanğını baş verib

Yunanıstanın Kerkira və Zakinf adalarında güclü meşə yanğınları baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ümumilikdə 100 hektar sahəni əhatə edən yanğın meşə zolağının yaxınlığında yerləşən əkin sahələrini də məhv edib.

Bildirilir ki, yanğınla mübarizəyə 200-dən artıq yanğınsöndürən, 40-a qədər texnika, o cümlədən 6 təyyarə və 2 vertolyot cəlb edilib. Son məlumata görə, yanğın məhdudlaşdırılıb. İlkin ehtimala görə, yanğın qəsdən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə