Hacıqabulda avtomobil aşsa da xəsarət alan olmayıb - HADİSƏ

Hacıqabulda avtomobil aşsa da xəsarət alan olmayıb - HADİSƏ

Hacıqabulda avtomobilin təkəri yırtılaraq yoldan çıxıb və aşıb. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi Xanmusa Xalıqov bildirib ki, Şirvan-Hacıqabul yolunun 10-cu kilometrliyində sürücü, Bakı sakini Dadaşov Kamandar Atamalı oğlunun idarə etdiyi "Nissan- Teana" markalı, 90 LB 261 dövlət qeydiyyat nömrəsi olan avtomobilin təkəri yırtılaraq idarə etməni itirib və yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən maşında olan sürücü xəsarət almasa da maşına ciddi ziyan dəyib.


İqbal Mikayılov, SİA-nın Aran bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə