FHN ət məhsulları istehsal edən sexdə baş verən partlayışla bağlı məlumat açıqlayıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ət məhsulları istehsal edən sexdə baş verən partlayışla bağlı məlumat açıqlayıb.
SİA-nın FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus istehsalat sexində partlayış hadisəsi baş verib. İlkin məlumata görə, 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Eyni zamanda ət məhsulları istehsal edən sexdə baş verən partlayışla bağlı başlanmış cinayət işinin maddəsi açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (əmək mühafizəsi qaydalarını pozma) cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB