Avqustun 2-si saat 19:50 radələrində Nobel prospektində Bakı şəhər sakinləri Amil Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı və Teymur Nağıyevin idarə etdiyi "Shevralet" markalı avtomobillər toqquşmuş və nəticədə hər iki sürücü hadisə yerində ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, avqustun 2-si saat 21 radələrində Nobel prospektində Bakı şəhər sakini Rəşad Quliyev idarə etdiyi "Tofaş" markalı avtomobillə Gəncə şəhər sakini Qamət Məmmədov və Bakı şəhər sakini Tamerlan Məmmədovu vurub. Nəticədə Q.Məmmədov hadisə yerində ölmüş, T.Məmmədov isə 2 saylı xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB