Ət məhsulları istehsal olunan sexdə baş vermiş partlayışda ölən şəxslərin adları məlum olub - YENİLƏNİB

Ət məhsulları istehsal olunan sexdə baş vermiş partlayışda ölən şəxslərin adları məlum olub - YENİLƏNİB

Ət məhsulları istehsal olunan sexdə baş vermiş partlayışda ölən şəxslərin adları məlum olub. Nərimanov Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə zamanı dünyasını dəyişən şəxslər - 45 yaşlı Rövşən Ağagülov, 21 yaşlı Nurlan Xəlilov və 40 yaşlı Asəf Vahabovdur.

Hadisə zamanı Bakı şəhər sakini 34 yaşlı Rüstəm Şükürov isə xəsarət alıb. Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, yaralının aldığı xəsarətin yüngül olduğu bildirilir.

Qeyd edək ki, ət məhsulları istehsal olunan sexdə baş vermiş partlayış səhər saat 11:30 radələrində rayonun Ağa Nemətulla küçəsində baş verib. Partlayış ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb. Daha sonra yanğın başalayıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə