Paytaxtda güclü partlayış baş verib. Nərimanov rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə səhər saat 11:30 radələrində, rayonun Ağa Nemətulla küçəsində baş verib. Partlayış ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb. Daha sonra yanğın başlayıb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.
Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suqra Bəşirovanın SİA-ya verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb: "Hazırda yaralı xəstəxanaya yerləşdirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB