Azərbaycanda zəlzələ baş verib

Azərbaycanda zəlzələ baş verib

Avqustun 2-si yerli vaxtla saat 23:26:47– də Şəmkir rayon mərkəzindən 26 km şimali-şərqdə 12 ballıq MSK-64 cədvəli üzrə 3.0 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ Şəmkirdə 2,5 bal, Gəncədə 2,0 bala qədər hiss olunub. Yeraltı təkanların maqnitudası 3,90, dərinliyi 11 km-dir. Tikililərdə dağıntı və insan tələfatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə