Sərxoş sürücü qəza törətdi və ailəsi ilə birlikdə hadisə yerindən qaçdı - FOTO
Şirvanda ayaq üstə dayana bilməyən sərxoş sürücü qəza törədib. SİA-nın Aran bürosunun müxbirinin şahidi olduğu qəza Şirvan şəhərinin T.İsmayılov küçəsində Heydər Əliyev parkının qarşısında baş verib.
Şirvan sakini Buğdayev Fərrux Hunday Tukson markalı dövlət qetdiyyat nömrəsi 90 CD 605 olan avtomabili sərxoş vəziyyətdə idarə edərkən ara məsafəsini düzgün seçməyərək qarşısında gedən Audi markalı 90 XM 023 nömrəli maşını arxadan vurub. Hundayın sürücüsü maşından düşərək yanında olan sərnişinin köməkliyi ilə avtomabildə olan 2 az yaşlı uşaqları götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə Şirvan polis şöbəsinin DYP bölməsinin əməkdaşları gələrək araşdırmaya başlayıblar. Məlumat üçün bildiririk ki, həmin şəxs hər gün eyni vəziyyətlə maşını yüksək sürətlə idarə edir və oxşar törətdiyi hadisə isə, şahidlərin sözlərinə görə 5-ci dəfədir. Bir növ artıq həmin şəxs qəza törətməkdə "qəhrəmanlıq" zirvəsinə ucalıb. Şirvanda bu cür sürücülərin sayı çoxdur və tədbir görən olmadığı üçün sayları dahada artır.
İqbal Mikayılov, SİA-nın Aran bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB