Bakı ətrafı istirahət mərkəzləri və çimərlik yolları istiqamətində yol polis əməkdaşları nəzarəti gücləndirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, Bakı ətrafı istirahət mərkəzləri və çimərlik yolları istiqamətində nəqliyyat vasitələrinin idarə edilməsi zamanı hərəkət edərkən manevr qaydalarını pozan, avtomobil idarə edərkən sükan arxasında telefonla danışan və texniki baxışdan keçməyən avtomobil sürücüləri saxlanılır.
V.Əsədov deyir ki, reydlər tək paytxatla məhdudlaşmayıb: "İyul ayının 30-u və 31-də Xaçmaz rayonunun Nabran istirahət zonasında qaydaları pozan sürücülərlə bağlı növbəti reyd keçirilib. Reyddə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edib. İki gün ərzində keçirilən reyd zamanı yol hərəkəti haqqında qanunun tələblərini pozan 100-dən çox sürücü cəzalandırılıb. Onlar haqqında müvafiq protokollar tərtib olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB