İranın Bazarqan yaşayış məntəqəsi ərazisindən keçən qaz kəmərində yanğınla davam edən partlayış baş verib. SİA-nın turk mətbuatına istinadən verdiyi xəbərə görə, qeydə alınmış hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın söndürülüb və hazırda ərazidə müvafiq işlər görülür. Partlayışın başvermə səbəbi araşdırılır.
Qeyd edək ki, hadisə İrandan Türkiyəyə nəql edilən qaz kəmərində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB