Kömür mədənindəki qəzada 16 şaxtacı həlak olub

Kömür mədənindəki qəzada 16 şaxtacı həlak olub

Ukraynanın Luqansk vilayətində partlayış qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Suxodolsk şəhərində fəaliyyət göstərən \"Suxodolsk\" kömür mədənində 915 m dərinlikdə baş verib. Partlayış zamanı mədəndə 28 şaxtacı olub.

Onlardan 16-sı ölüb, daha 2 nəfər ağır xəsarətlər alıb. Digər şəxslər isə itkin düşmüş hesab edilir. Ərazidə axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayışa təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə