Aviaqəza nəticəsində 5 polis dünyasını dəyişib

Aviaqəza nəticəsində 5 polis dünyasını dəyişib

Kolumbiyanın Antiokiya departamentində aviaqəza baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Narkotiklə Mübarizə İdarəsinə məxsus \"Cessna-206\" markalı təyyarə İtiuanqo şəhərinin hava limanından havaya qalxdıqdan bir qədər sonra qayaya çırpılaraq alışıb.

Qəza zamanı təyyarədə olan 6 polis əməkdaşından 5-i ölüb, digər bir nəfər isə ağır yanıq xəsarətləri alıb. İlkin ehtimala görə, qəzaya təyyarədə yaranmış texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə