Rusiyanın Həştərxan şəhərində güclü yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ikimərtəbəli yaşayış binasında başlanmış yanğın qısa müddət ərzində yaxınlıqda yerləşən digər 3 binaya keçib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər həmin binalardan 20 nəfəri təxliyyə edib və yanğını söndürməyə müvəffəq olublar.
İlkin məlumata görə, yanğın nəticəsində 9 nəfər xəsarət alıb. Xilasedicilər dağıntılar altından 3 nəfərin cəsədini taparaq çıxarıb. Hazırda itkin düşmüş hesab edilən digər 4 nəfərin axtarışları aparılır, hadisə yerində müvafiq işlər görülür. Yanğına elektrik naqillərində yaranmış qısa qapanmanın səbəb olduğu ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB