İsmayıllıda yanğını baş verən ərazilərə FHN-in canlı qüvvəsi, texnikası və helikopterləri cəlb edilib

İsmayıllıda yanğını baş verən ərazilərə FHN-in canlı qüvvəsi, texnikası və helikopterləri cəlb edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.


SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Əyyubbəyli kəndi ərazisində quru ot, kol-kos və xırda ağacların yanması və yanğının genişlənərək meşə zolağına keçməsi təhlükəsinin yaranması barədə məlumat daxil olub. Yanğının dağlıq ərazidə olmasını nəzərə alaraq, dərhal nazirliyin 200 nəfərə yaxın canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 3 helikopteri hadisə yerinə cəlb edilib. Hazırda 3-4 hektar sahəni əhatə edən yanğınla mübarizə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB