“Azercell”in əməkdaşlarına basqın edənlərdən biri həbs olunub

“Azercell”in əməkdaşlarına basqın edənlərdən biri həbs olunub

Bakıda "Azercell"in əməkdaşlarına basqın edərək külli miqdarda pul aparan şəxslərdən biri tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də \"Azərcell\" MMC-nin işçiləri Namiq Hüseynova bıçaqla xəsarət yetirməkdə, Bayram Bayramovun sifətinə isə gözyaşardıcı qaz püskürdərək 34 000 manatı əllərindən almaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Məmmədov tutulub.

Hadisənin daha iki iştirakçısının isə kimliyi müəyyənləşdirilib. Bunlar Gəncə şəhər sakini Aslan Mahmudov və Göygöl rayon sakini Uğrun Məmmədovdur. Hazırda onların da tutulması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə