İyulun 13-ü saat 05 radələrində A.Məmmədov küçəsində kirayədə yaşayan Qalib Məmmədov yaşadığı mənzilə daxil olarkən naməlum şəxs onun arxasınca mənzilə daxil olaraq bıçaqla hədələmiş, 1 ədəd noutbuk və qızıl-zinət əşyaları götürüb aparıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakini Namiq İsmayılov iyulun 25-də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB