Əfqanıstanda terroristlər tərəfindən 6 gün əvvəl qaçırılan 8 yaşındakı uşaq asılıb.
Əfqanıstanda terroristlər tərəfindən 6 gün əvvəl qaçırılan 8 yaşındakı uşağın asılaraq öldürüldüyü bildirilir. SİA-nın məlumatına görə, bu barədə məlumatı Əfqanıstan hökuməti təsdiqləyib. Rəsmi məlumatda qeyd olunub ki, terroristlər 8 yaşlı uşağa görə, onun valideynlərindən pul istəyiblər. Onların istəkləri yerinə yetirilmədiyi zaman isə 8 yaşlı uşağı asıblar.
Məsələ ilə bağlı açıqlama verən Əfqanıstan prezidenti Həmid Kərzai bunun heç bir dinə və mənəviyyata uyğun olmadığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB