FHN 15 nəfəri ölümdən xilas edib

FHN 15 nəfəri ölümdən xilas edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri 15 nəfəri ölümdən xilas edib. Daha döğrusu, təkcə bazar günü dənizdə batmaq təhlükəsi ilə üzləşən 15 nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, bazar günü günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 11 nəfər və nəzarət olunmayan hissəsində 4 nəfər suda batma təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə