Rusiyada \"Mi-8\" helikopteri qəzaya uğrayıb

Rusiyada \"Mi-8\" helikopteri qəzaya uğrayıb

Rusiyada \"Mi-8\" helikopteri qəzaya uğrayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Çukotka bölgəsində baş verən qəza nəticəsində helikopterin göyərtəsində olan 5 nəfərdən 3-ü həlak olub. Qəzaya uğradıqdan sonra helikopterdə yanğın baş verib. Helikopter tamamilə yanıb. Hazırda yanğın söndürülüb.

Hadisə yerində Çukotka prokurorluğunun əməkdaşları və polislər işləyir. Qəzanın baş verməsinə səbəb kimi mühərrikin imtina etməsi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə