Özünü qatarın altına atan qadın əməliyyat olunacaq

Özünü qatarın altına atan qadın əməliyyat olunacaq

Bu gün saat 10:30 radələrində Bakı Metropoliteninin "Nizami" stansiyasında özünə qəsd edən qadının şəxsiyyəti dəqiqləşdirilib. Bu 55 yaşlı Məhəbbət Paşayevadır. Bakı Şəhər Təcili Yardım Xidmətindən SİA-ya verilən məlumata görə, maşinistin qatarı saxlaya bilməsi nəticəsində qadın sağ qalıb, ancaq ağır kəllə beyin travması alıb. Hazırda zərərçəkən 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim nəzarəti altındadır.

1 saylı Şəhər Klinik Xəstəxanasının növbətçi həkimi isə bildirib ki, zərərçəkənin vəziyyəti ağırdır və hazırda xəstəxananın reanimasiya şöbəsindədir: "Xəstə huşsuz vəziyyətdədir. Ciddi kəllə-beyin travması aldığı üçün təcili əməliyyata ehtiyac yaranıb. Xəstə əməliyyat olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə