Bakı-Qazax yolunda dəhşətli yol qəzası: 2 nəfər həlak olub - FOTO

Bakı-Qazax yolunda dəhşətli yol qəzası: 2 nəfər həlak olub - FOTO

Dünən günün ikinci yarısında, saat 16:10 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Zərdab rayon sakini, 1977-ci il təvəllüdlü Məhərrəmov Zaur Faiq oğlu idarə etdiyi "Mercedes" markalı 10 XJ 387 nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 87-ci kilometrliyində sükan arxasında yuxuya getdiyi üçün idarəetməni itirərək aşıb.

Nəticədə maşında olan sürücü və 4 sərnişindən ikisi, 1959-cu il təvəllüdlü İsmayılova Məleykə Zahid qızı və 1952-ci il təvəllüdlü Əhmədova Qətibə Ərəstun qızı hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər 1953-cü il təvəllüdlü Məmmədova Nazilə Salam qızı və 1968-ci il təvəllüdlü Məmmədova Şəlalə Zahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Avtomobildə olanlar Zərdab rayon sakinləri olub. Faktla bağlı BDYP-nin istintaq şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə