Polis insan alveri ilə məşğul olan 1000 nəfəri həbs edib

Polis insan alveri ilə məşğul olan 1000 nəfəri həbs edib

Meksika polisi tərəfindən ABŞ ilə sərhəddə yerləşən Syudad-Xuares şəhərində keçirdiyi iki günlük əməliyyat nəticəsində insan alveri ilə məşğul olmaqda şübhəli bilinən mindən çox insan saxlanılıb.

SİA-nın xəbərinə görə, bu barədə məlumatı "CNN" yayıb. Saxlanılan şəxlər insan alveri ilə məşğul olub, habelə onları cinsi istismara məruz qoyub.

Həbs edilənlərin 500 nəfərinin kişi, 530 nəfərinin isə qadın olduğu bildirilir. Əməliyyat zamanı 20-dən çox azyaşlı qız da azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə