\"Nizami\" metro stansiyasında qadın özünü qatarın altına atıb - FOTO

\"Nizami\" metro stansiyasında qadın özünü qatarın altına atıb - FOTO
Bu gün saat 10:30 radələrində Bakı Metropoliteninin \"Nizami\" metro stansiyasında intihara cəhd hadisəsi baş verib. Hadisə şahidlərinin SİA-ya verdiyi məlumata görə, sözügedən stansiyada 30-35 yaşlarında gənc qadın qəfildən özünü qatarın altına atıb. Maşinist qatarı dayandıra bilsə də o ağır xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və FHN-in xilasediciləri gəlib. İntihara cəhd edən qadının şəxsiyyətini və hansı səbəbdən bu addımı atmasını öyrənmək hələlik mümkün olmayıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə