Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvan şəhərinin Naxçıvan küçəsində dəmir yolunun avtomobil keçən hissəsində qatar 90 FA 042 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili vuraraq 15 metrlik məsafəyə atıb. Sürücü yüngül xəsarət alsa da, maşına ciddi ziyan dəyib. Sakinlər həmin yerdə şlaqbaumun olmamasının təhlükəli olduğunu bildiriblər. Bu hadisə bir neçə dəfə baş verib və insan təlafatına səbəb olub. Əlaqədar təşkilatlar yəqin ki, bu barədə tədbirlər görəcəklər.


İqbal Mikayılov, SİA-nın Aran bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə